\
26 Aprel 2024 - Cümə

Astara sakinləri Lənkəranda yol qəzası törədib, yaralananlar var

Astara sakinləri Lənkəranda yol qəzası törədib, yaralananlar var
1582baxış

Lənkəran rayonunda yol qəzası baş verib.

Mediapress.az-ın Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Mirzəyev Reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib.