\
25 Aprel 2024 - Cümə axşamı

5 yaşlı qızı film obrazı Qolluma oxşadıb, öldürmək istədi - Rusiyada həm ağlamalı, həm də gülməli hadisə - VİDEO

5 yaşlı qızı film obrazı Qolluma oxşadıb, öldürmək istədi - Rusiyada həm ağlamalı, həm də gülməli hadisə - VİDEO
1976baxış

Mediapress.az xəbər verir ki, Rusiyada qəribə kriminal hadisə beş verib. Belə ki, 69 yaşlı Qalina Kobzeva 5 yaşlı qonşu qızı Nadyanı öldürməyə cəhd edib. Səbəb isə gülüncdür... 

4 ay öncə Nadyanın anası onu qonşunun yanına qoyaraq iş dalınca gedib. Bu, ilk dəfə deyilmiş. Ana hər dəfə işi çıxanda qızını Qalinaya etibar edirmiş. 

Bu dəfə isə Qalina sərxoş halda olub. O, Nadya ilə birlikdə olarkən, "Üzüklərin əfəndisi" filmini seyr edib. Bu zaman 5 yaşlı Nadya gülüb. 69 yaşlı Qalina isə onu filmdəki qorxulu Qollum orazına oxşadıb. Yaşlı qadına elə gəlib ki, gülən Qollumdur. Və tez mətbəxə qaçıb. Əvvəlcə bıçaqla uşağı bıçaqlayıb, sonra isə çəkiclə başına vurub. Onun ölmədiyini gördükdə isə eyvandan yerə atıb. 

Asfaltda çapalayan uşağın köməyinə yoldan ötənlər çatıblar. Qalina eyvandan onlara belə səslənib:

"Kömək etməyin! Qoy ölsün. Onun içində şeytan var!"

Buna baxmayaraq, Nadya dərhal xəstəxanaya yerləşdirilib və onun həyatı qurtarılıb. Qalina isə göz altına alınıb. İfadəsində, "içkili idim, nə etdiyimi ümuiyyətlə, xatırlamıram", - deyib.

Günel Ayxan