\
20 Aprel 2024 - Şənbə

Meksikanın Quanaxuato ştatında 18 adam öldürülüb

Meksikanın Quanaxuato ştatında 18 adam öldürülüb
1623baxış

Meksikanın Quanaxuato ştatında 12 saat ərzində azı 18 adam öldürülüb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Excelsior" qəzeti məlumat verib. 

Nəşr həmçini qeyd edib ki, rəqib cinayətkar rəqib qruplar arasında da toqquşmalar baş verib. Onlardan biri Apaseo de Alto ərazisində olub. 

Nəticədə 3 uşaq da daxil olmaqla, 8 nəfər həlak olub. 

Vurğulanır ki, son zamanlar Quanaxuato artıq təhlükəsizlik baxımından Meksikanın ən avantajlı bölgələrindən birinə çevrilib. Rəsmi məlumata görə, 2015-ci ildən 2018-ci ilə qədər qəsdən adam öldürmənin sayı 400% artıb.

Mediapress.az