\
25 Aprel 2024 - Cümə axşamı

Bakı sakini naməlum şəraitdə bıçaqlanıb

Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
1609baxış

Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. ONA-nın xəbərinə görə, hadisə Biləcəri qəsəbəsi, İntiqam Məmmədov küçəsində baş verib.1984-cü il təvəllüdlü Mirzəyev Həsən Ağababa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakt Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən araşdırılır.