\
28 Mart 2024 - Cümə axşamı

Bakıda gəlin qayınanasını xəstəxanalıq etdi

Bakıda gəlin qayınanasını xəstəxanalıq etdi
1935baxış
Gecə saatlarında Bakıda döyülmə hadisəsi baş verib. Hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində baş verən hadisə zamanı gəlin öz qayınanası - 1959-cu il təvəllüdlü İsayeva Sara Abbas qızınamüxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. (oxu.az)