\
25 Aprel 2024 - Cümə axşamı

Bakıda gecə klubunda 28 yaşlı qızı xəstəxanalıq etdilər

Bakıda gecə klubunda 28 yaşlı qızı xəstəxanalıq etdilər
1860baxış
Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.
 
ONA-nın xəbərinə görə, hadisə "Palermo" gece klubunda baş verib.
 
Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.
28 yaşlı qız xəstəxanaya yerləşdirilib.
 
Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.