\
23 Aprel 2024 - Çərşənbə axşamı

Gəncədə tələbə başından bıçaqlanıb

Gəncədə tələbə başından bıçaqlanıb
1732baxış

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, Goranboy sakini 18 yaşlı Abdulla Kərinov başından bıçaqlanıb. Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Mediapress.az