\
24 Aprel 2024 - Çərşənbə

Rio-de-Janeyroda 8 nəfər əməliyyat zamanı öldürülüb

Rio-de-Janeyroda 8 nəfər əməliyyat zamanı öldürülüb
1637baxış

Braziliyanın paytaxtı Rio-de-Janeyronun şimalında yerləşən Favela da Mare qəsəbəsində aparılan əməliyyat zamanı 8 nəfər polis əməkdaşları tərəfindən güllələnərək öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.

"Biz təsdiq edirik ki, Mare kompleksində aparılan əməliyyat zamanı 8 şübhəli şəxs öldürülüb", - deyə məlumatda bildirilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mediapress.az