\
22 Sentyabr 2019 - Bazar günü

“Qazax Sement Zavodu” "Gilan İnşaat"ı məhkəməyə verdi (SƏBƏB)

“Qazax Sement Zavodu” "Gilan İnşaat"ı məhkəməyə verdi (SƏBƏB)
1135baxış
"Qazax Sement Zavodu” MMC "Gilan İnşaat" MMC-ni məhkəməyə verib.
Mediapress.az Unikal.org-a istinadən xəbər verir ki, sement  zavodu iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, inşaat şirkətindən 35 min 640 manat məbləğində pulun tutulub, ödənilməsini istəyib.
İddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aytən Oruczadənin sədrliyi ilə araşdırılıb.
Məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı "Qazax Sement Zavodu” MMC-nin elektron qaydada daxil olmuş sənədləri qaytarılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.
Azərbaycan MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 
Məhkəmə tərəfindən müəyyən olunub ki, iddiaçı "Qazax Sement Zavodu” MMC AZEMİS elektron məhkəmə sisteminə iddia ərizəsini elektron olaraq, imzasız əlavə edib.   
MPM-nin 149.1-ci maddəsini rəhbər tuturaq, məhkəmə tərəfindən iddia ərizəsini səlahiyyətli şəxs tərəfindən verildiyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün olmayıb.
Qərara əsasən, elektron qaydada əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb.