\
25 Aprel 2024 - Cümə axşamı

Taksi sürücüsünü qarət edən şəxs 6 ildən sonra həbs edildi

Taksi sürücüsünü qarət edən şəxs 6 ildən sonra həbs edildi
1603baxış

Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y. Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E. Çərkəzov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Mediapress.az