\
25 Aprel 2024 - Cümə axşamı

Oğlunu vəhşicəsinə döyən ata həbs olundu! - Gəncədə - VİDEO

Oğlunu vəhşicəsinə döyən ata həbs olundu! - Gəncədə - VİDEO
1693baxış

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

Belə ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. (DİN)

Mediapress.az