\
29 Mart 2024 - Cümə

Gəncə Şəhər Prokurorluğu oğlunu vəhşicəsinə döyən ata ilə bağlı rəsmi məlumat yayıb

Gəncə Şəhər Prokurorluğu oğlunu vəhşicəsinə döyən ata ilə bağlı rəsmi məlumat yayıb
1995baxış

Gəncə Şəhər Prokurorluğu azyaşlının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluqdan KİV-ə verilən məlumata görə, azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib:

"Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib, hadisənin şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir".

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.