\
19 Aprel 2024 - Cümə

Bakıda iki nəfəri güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda iki nəfəri güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib
1695baxış

Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar Mikayılovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci il dekabrın 27-də paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib. 

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib. Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib. (report)

Mediapress.az