\
26 Aprel 2024 - Cümə

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olunub - YENİLƏNİB-2

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olunub - YENİLƏNİB-2
1699baxış

Batumidə bıçaqlanan Azərbaycan vətəndaşlarının ikisi xəstəxanadan artıq buraxılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub.

Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxsin 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.


*** 12:07

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.

Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.


*** 11:46

Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.

Qarşıdurmanın səbəbi hələ məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

 

Mediapress.az