\
27 Aprel 2024 - Şənbə

Ukraynada azərbaycanlı öz qardaşını bıçaqladı – Səbəbi

Ukraynada azərbaycanlı öz qardaşını bıçaqladı – Səbəbi
1555baxış

Ukraynanın Konotop əyalətində 39 yaşlı Azərbaycan vətəndaşı doğma qardaşını bıçaqlayıb.

Hadisə iyulun 31-də kafelərin birində baş verib. Spirtli içki qəbul edən qardaşlar arasında qəfildən münaqişə yaranıb. Bu zaman qardaşlardan biri cibindən bıçaq və ülgüc çıxararaq digərinin döş qəfəsindən, başından zərbələr endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bir neçə saat sonra polis şübhəlini yaxalayıb. Onun sözlərinə görə, münaqişə qız üstündə yaranıb.

Hadisəni törədən şəxs daha əvvəl 5 dəfə məhkumluq həyatı yaşayıb.