\
25 Aprel 2024 - Cümə axşamı

Bakıda stadionda insident: Polisə məhəl qoymadı, yumruqla şüşəni sındırdı - Fotolar

Bakıda stadionda insident: Polisə məhəl qoymadı, yumruqla şüşəni sındırdı - Fotolar
1698baxış

Ötən gün “Asco arena” da (Bayıl arena) Azərbaycan premyer-liqasının ilk turunun növbəti qarşılaşması baş tutub.

Minval.info xəbər verir ki, “Səbail” “Zirə”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə ev sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Oyunda yeganə qolun müəllifi 8 nömrəli oyunçu Yevgeni Koçuk olub.

Görüşdən sonra insident baş verib. Belə ki,” Səbail” klubunun binasına əsas giriş qapısından daxil olan azərkeş oyunçuların soyunub-geyinmə otağına gedərkən polis əməkdaşları ona kənar şəxslərin binaya girişinin qadağan olduğunu bildiriblər. Amma azərkeş buna riayət etməyərək yoluna davam edib. Polis işçiləri isə onun çölə çıxmağını tələb edib. Bu zaman əmrə tabe olmayan azərkeş, insanların gözü qarşısında əsas qapının  şüşələrini yumruq zərbələri ilə sındırıb.

Polis əməkdaşları çətinliklə də olsa, onu uzaqlaşdırmağa nail olublar.

Qeyd edək ki, “Səbail” futbol klubuna məlum hadisədən sonra xeyli miqdarda maddi ziyan dəyib.

A.D