\
29 Mart 2024 - Cümə

"Azərişıq" da oğurluq - İş yoldaşının telefonunu oğurlayıb

"Azərişıq" da oğurluq - İş yoldaşının telefonunu oğurlayıb
1694baxış

“Azərişıq” ASC-nin idarəsində oğurluq qeydə alınıb.

Şirvan şəhər sakini Telman Cəfərov Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, işlədiyi “Azərişiq” ASC-nin Şirvan Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində ona məxsus mobil telefon oğurlanıb. O, oğurluqda iş yoldaşı R.Musayevdən şübhələndiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az