\
28 Mart 2024 - Cümə axşamı

Narkobaronlara qarşı əməliyyat - "Meşə kralı" ələ keçdi

Narkobaronlara qarşı əməliyyat - "Meşə kralı" ələ keçdi
1663baxış
Balakəndə polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə saxlanılıb.
 
Gərəkli kəndi yaxınlığında, dağlıq meşəlik ərazidə narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkildiyi bir neçə sahə aşkar edilib.
 
Rayonun Gərəkli və Mahmalar kənd sakinləri olan Rauf Muquşov, onun oğlu Osman Muquşov, Mehman Mehdiyev və Mayıl Dibirov qabaqcadan əlbir olaraq dağlıq-meşəlik ərazidə ümumi çəkisi 76 kq 763 qr olan 130 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin sahələrin kənarlarından isə 13 kq 144 qr qurudulmamış, 2 kq 598 qr qurudulmuş halda olan narkotik vasitə hesab edilən marixuana aşkar edilib.
 
Aparılmış ilkin istintaq zamanı məlum olub ki, rayonda narkobaron kimi tanınan rayonun Gərəkli kənd sakini Eldar Mustafayev, Mahamalar kənd sakini "Bete" ləqəbi ilə narkobaron Sabir Malaxov, onun həmkəndlisi Yaşar Nəsibov, Gərəkli kənd sakini "Kotu" ləqəbli narkobaron Rasim Dibirov, Mahamalar kənd sakini "Meşə kralı" ləqəbli narkobaron Mehman Mehdiyev meşə massivində istixanada təxminən 800-dək narkotik tərkibli çətənə şitillərini aqrotexniki qaydada qulluq edərək becəriblər. 
 
Sonradan M.Mehdiyevin həmkəndlisi R.Muquşov ilə birlikdə həmin istixanadan 215 ədəd narkotik tərkibli çətənə bitkisi şitillərini oğurlayıblar. M.Mehdiyevin razılığı ilə R.Muquşov həmin şitilləri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Mayıl Dibirov azadlıqda olduğu zaman ona verib.
 
M.Dibirov narkotik tərkibli çətənə bikisinin şitillərini rayonun Gərəkli kənd sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına baxmayaraq, məsuliyyətdən yayınmağa müvəffəq olmuş Elnur Nusalov ilə birlikdə meşə ərazisində əkib-becərdikləri məlum olub.
 
Əməliyyat zamanı Eldar Mustafayev və onunla birlikdə həmin bitkiləri becərən Bəşir Qoradayev, Zahid Dibirov və Nail Dibirov həbs edilib. Onların digər ərazidə olan təxminən 300 ədəd narkotik tərkibli bitkinin isə məhv edildiyi müəyyən olunub.(oxu.az)