\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

İki qardaş pul üstündə bıçaqlanıb

İki qardaş pul üstündə bıçaqlanıb
188baxış

Bakıda iki qardaş bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub