\
20 Aprel 2024 - Şənbə

Arvadını amansızlıqla öldürən vəzifəli şəxsin işi: Video izləndi

Arvadını amansızlıqla öldürən vəzifəli şəxsin işi: Video izləndi
1681baxış

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə sənədlər araşdırılıb.

Elan olunan ekspertiza rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqlı olub. Cinayət işi materiallarında olan videogörüntülər izlənilib.

Məlum olub ki, Ramiz Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb, polis evə gələndə o, yuxulu vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar verilib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını deyib, hakimlərdən vaxt istəyib. Onun istəyi nəzərə alınıb.

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.

O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb.

Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb.

Uşaqlar atalarına yalvarıb və analarını çağırsalar da, Ramiz Taxveli buna əhəmiyyət verməyib.

Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.