\
27 Aprel 2024 - Şənbə

Xəstə diş həkimini xəncərlə qətlə yetirib qaçdı - FOTO

Xəstə diş həkimini  xəncərlə qətlə yetirib qaçdı - FOTO
1731baxış
Dağıstanın hüquq-mühafizə orqanları Dərbənddə özünü xəstə kimi təqdim edən şübhəli bir şəxs tərəfindən diş həkiminin öldürülməsi ilə bağlı istintaq başladıb.
 
Moderator.az  yeri mediaya istinadla xəbər verir ki, bu haqda Respublika Daxili İşlər Nazirliyi “İnstaqram” səhifəsində informasiya yayıb.
 
Faciə oktyabrın 2-də səhər tezdən baş verib. Qatil kəskin diş ağrısından şikayət edən bir adam olub. Xəstəxana əməkdaşları ondan qəbulun başlanmasına - səhər saat 8-ə qədər gözləməsini xahiş edib. Lakin kişi gözləmək mümkün olmadığını söyləyib . O halda  həmin vaxt yatmış diş həkimi yuxudan oyadılıb və  sonradan suvenir xəncərlə silahlanmış olduğu bilinən, xəstə hesab olunan şəxsə yaxınlaşıb. Cinayətkar  stomatoloqa  ölümcül  yaralar vurduqdan sonra qaçıb.  
 
Hal-hazırda o, axtarışdadır. Müstəntiqlər cinayətkarın motivi də daxil olmaqla hadisənin bütün hallarını araşdırırlar.