\
29 Mart 2024 - Cümə

28 yaşlı qızı zorla qaçıran şəxs saxlanıldı - Qazaxda

28 yaşlı qızı zorla qaçıran şəxs saxlanıldı - Qazaxda
1657baxış

Qazax rayonunun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə qaçırdıb.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.