\
26 Aprel 2024 - Cümə

Bakıda 17 yaşlı oğlan aptekdən 7000 manat pul oğurlayıb

Bakıda 17 yaşlı oğlan aptekdən 7000 manat pul oğurlayıb
1616baxış

Bakıda 17 yaşlı gənc aptekdən pul oğurlayıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 25-də, gecə saatlarında paytaxtın Binəqədi rayon, Süleyman Sani Axundov küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini F.Həsənova məxsus aptekə gizli yolla daxil olmaqla qeyri-aşkar şəraitdə kassadan 7000 manat pul oğurlanıb. Daha sonra F.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü R.Dadaşzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.