\
29 Mart 2024 - Cümə

Ağdaş və Qobustanda sənədsiz ov tüfəngləri götürülüb

Ağdaş və Qobustanda sənədsiz ov tüfəngləri götürülüb
1702baxış

Ağdaş və Qobustan sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Ləki kənd sakini T.Abdullayevdən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Qobustan RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbşalbaş kənd sakini Ə.Şahvələdovdan müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.