\
8 May 2024 - Çərşənbə

Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıb

Bakıda soyğunçuluq edən qardaşlar saxlanılıb
1550baxış

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (DİN)

Mediapress.az