\
20 Aprel 2024 - Şənbə

Sevgilisini bıçaqlayıb öldürən şəxs saxlanılıb

Sevgilisini bıçaqlayıb öldürən şəxs saxlanılıb
1574baxış

Bakıda qeyr-rəsmi nigah münasibətində olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.

Noyabrın 28-də saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub. 

Qadın aldığı bıçaq zərbələri nəticəsində ölüb.

S.Məmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.