\
16 Aprel 2024 - Çərşənbə axşamı

Keçmiş arvadını və qaynını bıçaqlayan şəxs həbs olundu

Keçmiş arvadını və qaynını bıçaqlayan şəxs həbs olundu
1591baxış

Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Belə ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır. (DİN)

Mediapress.az