\
19 Aprel 2024 - Cümə

Banka silahlı hücum olub, əməkdaşlar girov götürülüb - Antalyada

Banka silahlı hücum olub, əməkdaşlar girov götürülüb - Antalyada
1567baxış

Türkiyənin Antalya şəhərində iki silahlı şəxs banka hücum edib.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Hücum edənlər müştəriləri binadan çıxararaq bankın əməkdaşlarını girov götürüblər.

Polis silahlı şəxslərin zərərsizləşdirilməsi və girovların azad olunması üçün əməliyyat keçirir.