\
27 Aprel 2024 - Şənbə

Gəncədə iki kriminal avtoritet saxlanıldı (FOTOLAR)

Gəncədə iki kriminal avtoritet saxlanıldı (FOTOLAR)
1845baxış
Gəncədə kriminal aləmlə əlaqəsi olan daha bir şəxs saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mediapress.az-ya verilən məlumata görə, az öncə saxlanılan Gəncə şəhər sakini "Ramoş” ləqəbli Bəhram Səmədovun kriminal əlaqələri ətrafında əməliyyat-axtarış tədbirləri keçirilib.
 
Nəticədə şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.
 
Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.
 
Saxlanılan şəxslərlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
  •