\
2 May 2024 - Cümə axşamı

Bakıda baş redaktorun evi qarət olundu

Bakıda baş redaktorun evi qarət olundu
1967baxış
"Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:
 
"Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.
 
İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verildiyini vurğulayıb:
 
"Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.