\
20 Aprel 2024 - Şənbə

Azərbaycanda idman müəllimi Avropa çempionunu vəhşicəsinə qətlə yetirdi - TƏFƏRRÜAT

Azərbaycanda idman müəllimi Avropa çempionunu vəhşicəsinə qətlə yetirdi - TƏFƏRRÜAT
1889baxış
Şamaxıda törədilən qətlin təfərrüatı məlum olub. 
 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.
 
Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.
 
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.
 
Orxan Şamaxıda idman müəllimi işləyir. Öldürülən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub