\
28 Mart 2024 - Cümə axşamı

Türkiyəli rejissor Xocalı soyqırımı haqqında film çəkəcək

Türkiyəli rejissor Xocalı soyqırımı haqqında film çəkəcək
2246baxış
SANKON Xocalı Soyqırımına aid film çəkəcək.

Mediapress.az xəbər verir ki, Türkiyənin Sənayeçi  İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş film çəkiləcək.

Bu haqda filmin rejissoru, SANKON-nun direktor müavini Murat Uygur məlumat verib.

Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il film çəkmək haqqında qərar verilib. O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.

Murat Uygur eyni zamanda filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib.

Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.