\
29 Mart 2024 - Cümə

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qanvermə aksiyası keçirilib

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qanvermə aksiyası keçirilib
2779baxış
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsünə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də qoşulub.
 
“İçərişəhər” DTMQİ Mətbuat Xidmətindən Mediapress.az-a verilən xəbərə görə, aprelin 28-də baş tutan qanvermə aksiyasında İdarənin və onun qurumlarının rəhbərliyi və əməkdaşları iştirak ediblər. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.
 
#BizBirlikdəGüclüyük