\
19 Mart 2024 - Çərşənbə axşamı

Əməkdar artistin Covid-19 testi pozitiv çıxdı: “Həkimlərin dediyinə görə...”

Əməkdar artistin Covid-19 testi pozitiv çıxdı: “Həkimlərin dediyinə görə...”
4929baxış
Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb.
 
Mediapress.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub:
 
"Yaxşılağa doğru getdiyimi hiss edirəm. Temperaturum çox olmur. Hardasa səhv buraxmışam demək… Səhlənkarlıq etmişəm. Həkimlərimin dediyinə görə, inşallah 14 günə sağalacağam”.