\
25 Aprel 2024 - Cümə axşamı

"Qonaqlarımız belə istədilər" - Mədəniyyət Nazirliyindən AÇIQLAMA

"Qonaqlarımız belə istədilər" - Mədəniyyət Nazirliyindən AÇIQLAMA
6563baxış
Mədəniyyət Nazirliyinin Mərbuat Xidmətinin rəhbəri Məryəm Qafarzadə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşü zamanı karantin qaydaları pozması ilə bağlı müzakirələrə aydınlıq gətirdi. 
 
Mediapress.az-a açıqlama verən M.Qafarzadə, "şəkil çəkiləndə görüşən şəxslərin kimliyi tam görünsün deyə, maska çıxarılıb. Foto çəkiləndən sonra maska taxıb, müzakirəyə davam ediblər", - deyə bildirdi.
 
Mətbuat katibinin sözlərinə görə, foto nazirliyin internet səhifəsində yer alıb və saytlar tərəfindən istifadə edilib:
"Əslinə qalsa, qonaqlarımız belə istədilər. Biz də etiraz etmədik. Fotodan sonra yenidən maskalar taxılıb".