\
29 Mart 2024 - Cümə

Akademik Musiqili Teatr yeni mövsümü videokonfransla açdı

Akademik Musiqili Teatr yeni mövsümü  videokonfransla açdı
4649baxış
111-ci teatr mövsümünə qədəm qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu münasibətlə rəsmi məzuniyyətini başa vuran bütün əməkdaşları ilə geniş tərkibdə videokonfrans keçirib.
 
Mediapress.az xəbər verir ki, onlayn toplantını giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə ​dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barəsində ətraflı məlumat verib. Bundan sonra da Akademik Musiqili Teatrın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirən Ə. Lalayev yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, ötən mövsümdə teatrın yarımçıq qalan onlayn layihələrində davamlı olaraq aktiv iştirak etməyə çağırıb.
 
Daha sonra virtual görüşdə iştirak edən
aktyorlar, balet artistləri, xor truppasının, orkestr heyətinin üzvləri karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələrdə iştirakları barədə ətraflı hesabat veriblər.
 
Toplantıda eyni zamanda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi də qərara alınıb.