\
22 Yanvar 2021 - Cümə

Fəxrəddin Manafov xəstəxanaya aparıldı

Fəxrəddin Manafov xəstəxanaya aparıldı
1737baxış
Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb.
 
Mediapress.az kulis.az-a istinadən xəbər verir ki, o, böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib.
 
Məlumatı Mərkəzi Klinikadan təsdiq ediblər və bildiriblər ki, ilkin müayinə və müalicədən sonra aktyor özünü yaxşı hiss edib və evə buraxılıb.