\
19 Mart 2024 - Çərşənbə axşamı

Ümid Nəccarinin şeirlər kitabı bu dəfə Serbiyada çap olundu - Eksklüziv

Ümid Nəccarinin şeirlər kitabı bu dəfə Serbiyada çap olundu - Eksklüziv
2590baxış

Azərbaycanlı şair Ümid Nəccarinin kitabı bu dəfə də Serbiyada işıq üzü görüb.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, şeirləri Serbiya dilinə tərcüməçi Sofija Sotirovski çevirib.

Kitab “Sunny Beach” nəşriyyatı və “Alma” yayınları tərəfindən Belqradda çap olunub.

Əlavə edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə - Amerika, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.