\
28 Mart 2024 - Cümə axşamı

Yalçın Rzazadə dünyasını dəyişdi

Yalçın Rzazadə dünyasını dəyişdi
1541baxış
Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.
 
Mediapress.az bildirir ki, bu barədə azvision.az-a müğənninin oğlu Mətin Rzazadə məlumat verib. O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
 
Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.