\
19 Aprel 2021 - Bazar ertəsi

Ermənilərin təxribatçı filminə görə Almaniyanın Mədəniyyət Nazirliyinə etiraz məktubu göndərilib - Eksklüziv

Ermənilərin təxribatçı filminə görə Almaniyanın Mədəniyyət Nazirliyinə etiraz məktubu göndərilib - Eksklüziv
1525baxış
Ermənilər Qarabağla bağlı film çəkib “Berlin Film Festivalı”na təqdim ediblər.
 
“Black Bach Artsach” adlanan filimdə ermənilər yenə özlərini əzilmiş, haqqı tapdanmış, yurd-yuvalarından didərgin salınmış xalq kimi təqdim edirlər. Millətimizə qarşı istehza ilə dolu olan olan bu filmdə Azərbaycanın haqq savaşına don geyindirməyə çalışıblar.
 
Bakupost.az məlumat verir ki, filmdə guya, “Artsax” adlanan məkandakı hadisələri canlandırılır.
 
İşin ən eybəcər tərəfi isə bu filmin həmin festivala qəbul edilməsidir.
 
“Berlin Film Festivalı-2021”in rəsmi səhifəsində bu barədə məlumat verilib və məlumatda Azərbaycan əleyhinə şantaj dolu ifadələr yer alıb.
 
Fəal sosial şəbəkə istifadəçilərinin şikayətindən sonra məlumatda həmin hissə silinib.
 
Mediapress.az bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Məryəm Qafarzadə ilə əlaqə saxlayıb. 
 
"Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin genişlənməsi ilə bağlı müzakirələr aparılıb", - deyən Məryəm xanımın sözlərinə görə, görüşdə həmçinin, cari ildə keçirilməsi nəzərdə tutulan 71-ci Berlin Beynəlxalq Film Festivalında Ermənistan tərəfindən təqdim edilmiş “Black Bach Artsakh” filminin nümayişinin proqrama salınması mövzusuna da toxunulub.
 
"Cənab nazir alman diplomata etirazını ifadə edib. Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən həm Almaniyanın Mədəniyyət Nazirliyinə, həm də 71-ci Berlin Beynəlxalq Film Festivalına etiraz məktubu göndərilib. Ümid edirik, ermənilərin təxribatçı filmi ilə bağlı tez bir zamanda lazımi ölçü götürüləcək", - deyə Məryəm Qafarzadə əlavə edib.
 
Günel Ayxan