\
18 Aprel 2024 - Cümə axşamı

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi
1620baxış

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib. Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.