\
25 Aprel 2024 - Cümə axşamı

Parisdə atışma olub, bir nəfər ölüb

Parisdə atışma olub, bir nəfər ölüb
1523baxış

Fransanın paytaxtı Parisin 16-cı dairəsində Anri Dünan xəstəxanası yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb.

Mediapress.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Atəş açan şəxs hadisə yerindən qaçaraq gizlənib.

Hadisənin səbəbi hələ ki, məlum deyil.