\
25 Aprel 2024 - Cümə axşamı

Sabiq baş nazirin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb

Sabiq baş nazirin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb
1095baxış

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçilin (1874-1965) çəkdiyi rəsm əsəri Nyu-Yorkda keçirilən auksionda 1,8 milyon ABŞ dollarına satılıb.

Mediapress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə kiçik ingilis şəhərciyinin yaxınlığında meşə və su ilə dolu xəndək təsvir olunub.

Rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin (1906-1975) kolleksiyasında saxlanılırmış.

Xatırladaq ki, mart ayında U.Çörçilin başqa bir əsəri “Christie's” auksion evində 11,6 milyon ABŞ dollarına satılmışdı. Həmin rəsmi ABŞ aktrisası Angelina Coli satışa çıxarmışdı.