\
19 Aprel 2024 - Cümə

Düşərgədə "Qoğal" gecəsi

Düşərgədə "Qoğal" gecəsi
2920baxış
Abdulla Şaiq adın Azərbaycan Dövlət Kukla Teatrı xeyriyyə məqsədli tamaşa ilə teatr mövsümünə yekun vurdu.
 
Mediapress.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidməti və For Azerbaijan beynəlxalq xeyriyyə təşkilatının birgə dəstəyilə şəhid övladları üçün keçirilən "Qaliblər Düşərgəsi" layihəsi çərçivəsində iştirakçılar teatrın ən maraqlə səhnə nümunələrindən "Qoğal" tamaşasını izlədilər.
 
Qalib uşaqların böyük maraqla baxdıqları tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
 
Açıq havada nümayiş olunan bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bildilər.
Qaliblərə xoş anlar yaşadan tamaşanın ardınca sənət ocağının təmsilçiləri 90 yaşlı Kukla Teatrı, onun rəngarəng repertuarı, sosial-mədəni aksiyaları haqqında da məlumat verdilər. Onları daim təmənnasız olaraq tamaşaçılarımız arasında görmək istədiklərini bildirdilər.