\
29 Mart 2024 - Cümə

Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq

Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq
1539baxış

“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi başa çatıb.

Mediapress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib.

Onun sözlərinə görə, müsabiqəyə müraciət etmiş çoxsaylı gənclərdən yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb: “Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçəcək. Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq. Təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, profossor Karim Mirzəyev, Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri var”.