\
20 Aprel 2024 - Şənbə

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib
1509baxış

Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi olaraq fəaliyyət başladıqdan sonra ciddi nəzarət olunacaq ki, bu qaydalara ciddi nəzarət olunsun. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", nazir bildirib.