\
19 Aprel 2024 - Cümə

İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış oldu

İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış oldu
1609baxış

Azərbaycan prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

Dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib. (TASS)