\
2 Oktyabr 2022 - Bazar günü

Park Cinema-da uşaqlar üçün xüsusi nümayiş keçirilib - FOTO

Park Cinema-da uşaqlar üçün xüsusi nümayiş keçirilib - FOTO
1595baxış

2 avqust Milli Kino günü münasibətilə Park Cinema Aygün Mall kinoteatrında "Ümid yeri" qadın və uşaq sığınacağının balaca sakinləri üçün "Super ev heyvanları" cizgi filminin qapalı nümayişi keçirilib.

Nümayişdə 50-ə yaxın uşaq və media nümayəndələri iştirak ediblər. Bu günün yaddaqalan olması və balacaları əyləndirmək üçün xüsusi əyləncə proqramı da hazırlandı.

"Milli kino günü - kino sahəsində çalışan hər kəsin bayramıdır və həmçinin Park Cinema ailəsi üçün bu belədir. Biz də qərara gəldik ki, bu özəl günü "Ümid yeri" qadın və uşaq sığınacağının balaca üzvləri ilə qeyd edək ki, bu gün onlar üçün yaddaşlarda qalsın. Həmçinin qeyd edim ki, biz bu və bu tipli tədbirləri ənənə halına çevirəcəyik."- deyə Park Cinemanın PR meneceri Sabina Bağırova bildirib.

Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Qeyd edək ki, 2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.

 
 

Mediapress.az