\
27 Aprel 2024 - Şənbə

"Gənclər korifey sənətkarları tanımırlar" - Nicat Müslümov

"Gənclər korifey sənətkarları tanımırlar" - Nicat Müslümov
1192baxış

"Biz gənclər Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət, dəstək verməli, dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə Azərbaycanı təbliğ etməliyik. Mən gənclərimizi daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyirəm".

Bunu Mediapress.az-a açıqlamasında "Azərbaycan İnciləri" layihəsinin rəhbəri Nicat Müslümov bildirib.

"Deyim ki, muğam sevən gənclər də var. Həm də düşünürəm ki, milli mənəvi keyfiyyətlər insanın içində olmalıdır. Sosial şəbəkələrdə Azərbaycan İncilərini yartmaqda məqsədim Azərbaycan musiqisini, o cümlədən muğamını, onun tarix və ənənələrinin dəqiq faktiki məlumatlarla müasir gəncliyə çatdırmaq, muğam sevərləri dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən möhtəşəm milli muğamı Azərbaycanda təbliğ etmək və tövhə verməkdir.“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.