\
25 Aprel 2024 - Cümə axşamı

"Muğamı hər bir azərbaycanlı sevməlidir" - Nicat Müslümov - FOTOLAR

"Muğamı hər bir azərbaycanlı sevməlidir" - Nicat Müslümov - FOTOLAR
1188baxış
"Mən muğamı orta məktəbdə oxuyandan bu günə kimi sevirəm. İndi 30 yaşım var. Atam, anam muğamı sevib və hər zaman muğam dinləyiblər. Mən də bu ruhda böyüdüm. Babam 80 yaşında rəhmətə getdi və hər zaman evimizdən muğam səsi gəldi, muğam eşitdik. Muğamı sevmək, duymaq lazımdır. Muğam bütün müasir mahnılarda var”.
Mediapress.az xəbər verir ki, Nicat Müslümov “Azərbaycan İnciləri” layihəsinin məqsədinin gəncləri muğam sənəti ilə bağlı maarifləndirməkdən ibarət olduğunu qeyd edib:
- Məni Muğam Mərkəzində konsertlərə dəvət edirlər. Özümlə 20, 30 nəfər də aparıram. Muğam bizim etnik kodumuzdur. Muğamı hər bir azərbaycanlı sevməlidir. Bu da ailədən gəlməlidir. Uşaqlarınıza muğamı sevdirin. “Azərbaycan İnciləri” layihəsini yaratmışıq. Sosial mediada aktiv fəaliyyətdəyik. Bunları niyə edirik? Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa muğam haqqında, sənətkarlar haqqında məlumatlı olsunlar, maariflənsinlər. Məqsədimiz gənclər arasında muğamı sevdirməkdir.
 
Nicat Müslumov və “Azərbaycan İnciləri” layihəsinin iştirakçılarına Azərbaycanın incisi olan muğamı yaşatdıqları üçün təşəkkür edirik!
 
Könül AYPARA